Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adsiz Sherim..

Sən mənim bəxt payım,talesiz yazım,
Ömrümə gecikmiş məhəbbətimsən.
Sənsən bu dünyada tək sevgi payım,
Heyif ki,həyatda mənim deyilsən.

Üz-üzə gəlirik hər zaman,hər an,
Sənin yolun başqa,izin başqadır.
Hər gün görüşsəkdə səninlə inan,
Küsgün gözlərinin sözü başqadır.

Birimiz bir alov,birimiz suyuq,
İkimiz nədənsə uyğun gəlmirik.
Özümüz mülayım,eşqimiz soyuq,
Nədənsə səninlə görüşəmirik.

Lal axan sular tək hey baxışırıq,
Bir anlıq dünyanı biz unudaraq.
Səninlə sakitcə salamlaşırıq,
Qəlbdəki tufanı,dərdi boğaraq.

Sevsəkdə səninlə eşqdən yanaraq,
El-oba nədənsə qınayar bizi.
Bilirəm çətindir bunu anlamaq,
Eh!- anlamazlar ki, bu sevgimizi.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri
loading...