beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğun Gözlərimdə ünvansız, ümidsiz

Yorğun gözlərimdə ünvansız, ümidsiz
Bir işıq...
Yolum yox, yol ara,
Gəl sevdalım, gəl.
Mən tənha, sən yalqız, dünya qarışıq...
Səbrin çək dara, gəl sevdalım, gəl.

Bu yazın yağışı aldatdı bizi -
Biz payız yarpağı yaz yağışında.
Kimsəsiz bir duyğu ağlatdı bizi
Dayandıq bir ömrün aldanışında.

Sovurur cismimi dəli küləklər-
Qum kimi ələndim, gəl sevdalım, gəl.
Bu sənsiz - kimsəsiz soyuq ürəklə
Üşüdüm, tükəndim,
Gəl sevdalım, gəl.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 34 Bölmə: Sevgi şerləri