Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axtaracaqsan

Sən gətirdin ayrılığı ömrümə,
Sən bəxş etdin bu həsrəti könlümə,
Məni atsan belə düşüb tilsimə,
Hər yerdə bil məni axtaracaqsan.

Bir yelkənə dönüb sonsuz dəryada,
Yuxuna gələcəm yatsan röyada,
Məni gəzəcəksən hər an xəyalda,
Xülyanda sən məni axtaracaqsan.

Nədən ayrıldıq biz bir düşün özün,
Nədən kədərlərə qərq olub üzün,
İtmiş qismətini gəzəcək gözün,
Talendə sən məni axtaracaqsan.

Qəmli olacaqsan sən güləndə də,
Kövrək dinəcəksən sən dinəndə də,
Nişana şadlığa sən gedəndə də,
Məclisdə tək məni axtaracaqsan.

Olmayacam o zaman yanında sənin,
Qəlbində ruhunda canında sənin,
Başqası əlindən tutanda sənin,
Mənim əllərimi axtaracaqsan.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Sevgi şerləri
loading...