beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəssam, Bir Oğlan çək!

Rəssam! Bir oğlan çək çox pərişan,
Gözündə yaşlar axsın.
Elə çək ki, sahildən
Durub dənizə baxsın.
O sahil ki, ilk dəfə
Orda aşiq olmuşdu. O gündən sonra ömrü
Çiçək kimi solmuşdu.
Elə çək ki, üzündə
Qəm-kədəri bilinsin.
Çəkdiyi əziyyətlər
Baxanda hiss edilsin. Gözlərin qapalı çək,
Tanımasınlar onu.
Görənlər deməsinlər,
Bumuydu eşqin sonu.
Yox! Bir az qürurlu çək,
Gözündə yaş olmasın. Üzündən sil kədəri,
Qoy qəlbində ağlasın.
Soruşma məndən, rəssam,
Kimdir bu oğlan deyə.
Sadəcə yaz üstünə,
Lənət olsun SEVGIYƏ!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi şerləri