beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Otaqda 5-ci Divar.

Xezelli bir gölün ortasındakı,
Tenha qayıqlara avar olmuşam.
Ölümün gezdiyi boş otaqdakı,
Sınıq bir kilide açar olmuşam.

Yalqızca göz yaşı tökmekden ötrü,
Içimden "sen"leri sökmekden ötrü,
Gizlenib derdini çekmekden ötrü,
Hamıdan, her şeyden qaçar olmuşam.

Keçdikce günlerim ahu-zar içre,
Itmişem bu köynek, bu şalvar içre.
Yalqız yaşamaqdan dörd divar içre,
Otaqda beşinci divar olmuşam.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi şerləri