beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O SEVƏ BİLİRMİ, SƏNİ MƏN QƏDƏR...

Özgə gülüstanda gül açdın, gülüm,
İndi yad nəfəsi duyan sevgilim,
Doğru de nə olar, doğru de bilim,
O sevə bilirmi, səni mən qədər?

Hələ xatirəmdən itmir izlərin,
Görürsən üzgünəm, mən də sən
qədər,
Bəs nədən ağlayır gülən gözlərin,
O sevə bilirmi, səni mən qədər?

Mən fəryad edirəm, sən ahu-zarda,
Həyat üz döndərib qalmışıq darda,
Mən burda bədbəxtəm, sən isə
orda,
O sevə bilirmi, səni mən qədər?

Ömrüm bax beləcə bitib gedəcək,
Yarın yolu məzarlıqdan düşəcək,
Qəbrimin üstündə yazı görəcək,
"O sevə bildimi səni mən qədər" ?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Sevgi şerləri