beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmez Oldu Ureyimin Qedrini...

Bu həsrətə yenilmişdi sonunda
Seven qəlbin cox qırmışdı xətrini
Mən ki, ona nələr yazdım ürəkdən
Bilməz oldu ürəyimin qədrini

Yalan oldu o ayrılıq günündə
Sevinciydi yollarında ölüm də
Kədərinin sipəriydi önündə
Bilməz oldu ürəyimin qədrini

Duman görür gözlərimin qarası
Mən o yarin duymadım ki ətrini
Sağalarmı yüz il ötsə yarası
Bilməz oldu ürəyimin qədrini

Nəqli mənə kədər olur qəm olur
Nədən gedir ürək yıxan dəm olur
Onsuz anim sızıldayan bəm olur
Bilməz oldu ürəyimin qədrini

Özü boyda mənə hicran gətirdi
Əcəl deyil, məni həsrət bitirdi
G......iden yadigarı itirdi
Bilməz oldu ürəyimin qədrini


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri