beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bes Nece Unutdun...

İlk görüş günündə-səni görəndə,
mən axı inandım şirin sözünə...
İndi də qalmısan dumanda-çəndə,
düşə də bilmirsen daha izime!...

Sən demə,sözlərin şirin yalanmış,
sadə baxışlar da bir yuxu-röya...
İndi ürəyinde tonqal qalanmış,
daha gözlərinde qaralib dünya...

Sən məni unutdun-atdın dünyada,
tərk etdin arzumu-diləklərimi...
Sən məni itirdin; yandırdın oda
o,parlaq məhəbbət çiçəklərimi!...

Gətirmə qəlbimə daha ah-fəqan,
get,qına özünü "günahkar" deyə...
İndi,ay əhdinə tez dönük çıxan,
göz yaşı tokdunmü belə taleyə!...

Sənin ilk sözlərin ürək qanımdan,
silinməz heç zaman məhəbbətimtək!...
Yenə alışmışam həyəcanımdan,
Günəş odlu deyil hərarətimtək!...

O sevən baxışlar harada qaldı,
məhv etdin ömürlük bir səadəti...
Elə bil,dünya da daha boşaldı;
bəs necə unudum ilk məhəbbəti!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 149 Bölmə: Sevgi şerləri