beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adini Ayriliq Qoydum...

Adını ayrılıq qoydum həsrətin,
Indi təskinliyə qalıbdır güman.
Mənim çəkdiyimi bilmək çox çətin,
Səni anlayıram demək, nə asan.

Indi dualara ümidim lap çox,
Allah da bezəcək bir gün əlimdən.
Onu qaytarmağın istəmirəm, yox,
Adını ömürlük silsin dilimdən.

Dəyişə bilmərəm tale yazanı,
Bir bax, mürəkkəbi tünddü gör necə.
Hesabın aparma fələk saydığın,
Nə qədər toplasan cəm gələr heçə.

Son ümid yerimdi deyə bilmirəm,
Ömrümü xəzana çevirdi getdi.
Səndən xatirədir deyib, silmirəm,
Bu sevgi gözümün yaşında bitdi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi şerləri