beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FILANKES!

Günə bənzərin var,Aya oxşarın,
Qəlbimin başında közsən,Filankəs!
Könlümdə-duyğumda nəğməyə dönən
Hələ deyilməmiş sözsən,Filankəs!

Ruhumu oxşayan xəfif küləkdin,
Gözümdə ətirli al bir çiçəkdin.
Məhəbbət arzulu təmiz ürəkdin
Dolaşıq ömrümdə izsən,Filankəs!

Sənsiz gözlərimə yuxu getməyib,
Heyif,ilk istəyim başa yetməyib.
İndi sən ilğımsan,əlim çatmayıb,
Uzaqlardan gələn səssən,Filankəs!

Ömrün baharı da qışa yar oldu,
Güllü çəmənləri şaxta-qar aldı.
Geniş dünyamız da mənə dar oldu,
Namərdəm,əzabdan bezsəm,Filankəs!

Qızlar tərk eləsin kaş bu adəti,
Atıb-getməsinlər ilk məhəbbəti.
Sevinci-şadlığı,xoş səadəti
Mənde görəcəkdin,dözsən,Filankəs!

Yenə ürəyimdə coşar arzular,
Ürək səni qinar,səni arzular;
G.....i adını deməz aşikar,
Sirli filankəssən daha,Filankəs!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 127 Bölmə: Sevgi şerləri