beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

INDI...

Bir ömrun səadət payına həsrət
Yarını itirmiş yarıyam indi.
Inanma kimisə xoşbəxt eləyəm
Kiminsə bəxtinə yarıyam indi.

Bir küskün ovqatam,kədərli çagam,
Səhra dolawıram gülzarsız bağam.
Hərdən tanrıma da aşiyəm,ağam,
Sancmağa yer gəzən arıyam indi.

Içimdə payızdı,çölümdə yazdı.
Deyirlər bəxtəvər işvədi,nazdı.
Bir üzüm gəlindi,bir üzüm qızdı,
Fikrimdə yüz yawlı qarıyam indi.

Dərdimə girovdur məhəbbət,həvəs,
Bu bextle dünyaya gəlişim əbəs.
Ay meni özünə yar istəyən kəs,

Men dərdin,kədərin yarıyam indi..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi şerləri