beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENSIZ-SENINLE!

Yenə yalnıznığın otağındayam,
Məni buza dönmüş həsrətin süzər,
Elə bil son -"torpaq yatağımdayam",
Cismin öz ruhuyla bir görüş gəzər.

Donmuş dodaqlarda adın qalıbdır,
Susdum ki, nəfəsim adını əzər,
Fikrim eşq dəryanda suya dalıbdır,
Düşünmə bu yoldan nə vaxtsa bezər.

Elə quru sevgin mənim bəsimdir,
Nə qızıl gəzirəm, nə inci, nə zər.
İlk-son diləyim də, sənin səsindir,
Varlığın bu tənha ömrümü bəzər.

Rəhimli, başını almasın duman,
Yoxsa qəm yanağa göz yaşı düzər,
Təkcə yaradana qalıbdır guman,
Amandır sevgimi kəsməsin nəzər.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri