beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***DeNiZ***

Yaman
qəribsəyib bu dəniz, yaman
Payız, dəli dəniz, soyuq
qumsallıq,
Dərin yuxulara dalmış qayalıq,
Sahildə insan yox, suyunda balıq
-
Yaman qəribsəyib bu dəniz,
yaman...
Nə vaxtdır sahilə düşməyir izlər,
Həm gecə tənhadı, həm də
gündüzlər,
Özü boyda dərdi köksündə
gizlər -
Yaman qəribsəyib bu dəniz,
yaman...
İnsan təmasına həsrət suları,
Sahilə açılı qalıb qolları,
Ot basıb sahilə gələn yolları,
Yaman qəribsəyib bu dəniz,
yaman...
Dəli dalğaları çırpır daşlara,
Girib özü ilə son vuruşlara,
Həm düşmənə həsrət, həm
tanışlara,
Yaman qəribsəyib bu dəniz,
yaman...
Bəzi gecələrdə aydır həmdəmi,
Bölüşür onunla kədəri, qəmi,
Daha parçalamır köksünü gəmi -
Yaman qəribsəyib bu dəniz,
yaman...
Bu payız günündə qalıb
kimsəsiz,
Çəkir öz dərdini səssiz-səmirsiz,
Daha tab gətirmir təkliyə dəniz,
Çünki qəribsəyib bu dəniz
yaman!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi şerləri