beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baxma Gözlərimə, Sevgilim Baxma!

Baxma gözlərimə, sevgilim baxma!
Orada sevgini tapmayacaqsan!
Bütünlüklə mənə bağlı ömrünü,
Artıq mənsiz, tənha yaşayacaqsan!

Baxma gözlərimə, qəmli gözlərlə,
Bil ki, daha səni sevməyəcəyəm!
Səndə olan o, yalançı gözləri,
Kor olub bir daha görməyəcəyəm!

Baxma gözlərimə, susaraq səssiz,
Artıq gözlərimdə çarəsizlik var.
Baxsanda özünü tapmayacaqsan!
Çünki, artıq orada sənsizlik var.

Baxma gözlərimə, bir daha belə,
O, baxışların mənə əzab verir.
Baxışların mənə əzabla birgə,
Sanki sualıma bir cavab verir.

Baxma gözlərimə, belə biçarə,
Gözlərim inciyib sənin gözündən!
Artıq öyrənmişəm sənsiz həyata,
Bir daha getmərəm sənin izindən!

Baxma gözlərimə, günahsız kimi,
Günahındır sənin vəfasızlığın!
Pulu saf sevgidən üstün tutan yar,
Günahındır sənin tamahkarlığın!

Baxma gözlərimə, sevən aşiq tək!
Sən ki, aşiq idin vara, dövlətə.
Bəs bilməyirdinmi? ən uca dövlət,
Çatmaqdır sevgi ilə səadətə.

Baxma gözlərimə! aldanmış kimi,
Aldatmaq ki, olmuşdur sənin peşən,
Etmə! edərlər söyləmiş atalar
Demək, etdiyini indi biçirsən.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri