beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayırma Bizi...!

Ayrılıq zamanı gəlib çatanda
Ümidlər tükəndi həmin o anda
Ayıran da sənsən govuşduran da
Öldürsən də nə olar ayırma bizi




Bilmirəm ki nəydi mənim günahım
Bağırdım heç yerə çatmadı ahım
Acdım əllərimi dedim, Allahım
Tək ümidimiz sənsən ayırma bizi.



Nəysə ki ayrıldıq biz görüşmürük
Artıq öncəki kimi biz baxışmırıq
Küsüb taleyimiz heç barışmırıq
Nə olur barışdır ayırma bizi.



Bizim ki yazılıb bax bura qədər
Artıq həyat bizə olub qəm kədər
Biz ki qovuşmalıyıq ölənə qədər
Nə olur qovuşdur ayırma bizi


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi şerləri