beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyat Mene Ne Verdin?

Həyat nə vermisən mənə?!
Kədərdən qəmnən savayı?
Nə yaxşılıq eyləmisən?
Bir tək pislikdən savayı
Xoş günümü məndən aldın,
Ömrümə dərd, bəla saldın,
Yanan qəlbimi odladın,
Bir söndürməkdən savayı..
Əlimdə sevgi gülləri,
Boşa verdim bu illəri,
Yaşadım hər fəsilləri,
Təkcə bahardan savayı...
Bilmirəm ölüm ya olum,
Qaranlığa düşdü yolum,
Gecə oldu sağım solum,
Təkcə gündüzdən savayı..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi şerləri