beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Unutsam...

Men seni unuda bilmirem, axı,
Unutsam, neleri unudam gerek,
Göylere baxmışıq aylı gecede,
Unutsam göyleri unudam gerek.
Denizi unudum, ya dalğaları,
Xatiren yadımdan çıxaydı, barı,
Payızda xezanı, qışdasa qarı,
Baharda gülleri unudam gerek.
De, nece unudum men seni nece,
Sevgi durna deyil, payızda köçe,
Yuxuma gelirsen menim her gece,
Ayları, illeri unudam gerek.
Senin xeyalındır hesretle baxan,
Adındır her saat qarşıma çıxan,
Qarışıb şekline gözümden axan,
Yağışı, selleri unudam gerek.
Sinemde peşiman üreyin qaldı,
Uçdun, ellerimde leleyin qaldı,
Neleri itirdim,bax, neyim qaldı,
Neleri, neleri unudam gerek...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 247 Bölmə: Sevgi şerləri