beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ozunle Apar...

Sənin məhəbbətin atılan oxmuş
Sən demə sənin də sevənin çoxmuş
Sevirəm deməyin mənası yoxmuş
O xoş kəlmələri sözünlə apar
Götür ürəyimi özünlə apar.

Dumana tapşırıb, çənə tapşırıb
Gedirəm sevgimi sənə tapşırıb
Qəmli baxışları mənə tapşırıb
Sevən baxışları gözünlə apar
Götür ürəyimi özünlə apar.

Sevgisiz yaşamaq zülümdür zülüm
Onsuz da dünyanın axırı olüm
Səninlə hər yana gedərəm gülüm
Məni öz yolunla izinlə apar
Götür ürəyimi ozünlə apar.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri