beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menimki Getirmir...

Əlini dizinə vurub inlədin,
“Mənimki heç zaman gətirmir” –dedin.
Düşündün həmişə “O yüksəkliyə
Neçin filankəs tək layiq olmadın”
Amma ömrün boyu bir yol sən niyə
Layiq olduğunu heç anlamadın.



Sən çox böyük görüb öz qüdrətini,
Həmişə,hər yerdə,hamıdan umdun.
Amma başqasının fərasətini,
Görə bilməməkçün gözünü yumdun.

Zənn etdin,taleyin gur bulağından,
Işlərin su kimi gərək axaydı.
Bilmədin sən belə düşünən zaman
O, öz taleyiylə əlbəyaxaydı.

Demə taleyimlə şahmat oynadım,
İstədiyi yerə o atdı məni.
De ki iradəmi xəyala satdım.
Xəyalım şah oldu,aldatdı məni.

“Onunki gətirir”-deyə hey ona,
Baxıb sən həsədlə haqqıda dandın.
O qədər dedin ki, öz yalanınla
Axırda özün də dönüb inandın.
Onunki gətirir!
Aldığı qədər,
Bilmədin ömründən bəs o nə verdi.
Ona o taleyi gətirmədilər,
O,öz zəhmətilə,özü gətirdi.

(B.Vahabzadə)

 


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri