beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MENI GOZEL XATIRLA....

Meni gözel xatırla
Bunlar son misralar
Ferz et ki, bir külek idim, esib keçdim heyatından
Ya da bir yağmur, sel oldum çöllerde
Sonra torpaq çekdi suyu canına
Yox olub getdim, belke röya idim seninçün
Oyandın ve men bitdim

Meni gözel xatırla!
Çünki sevdim senin men, her şeyini
Sene sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzüne vurmadım heç bir nöqsanını
Meni üzdün qınamadım
Alışmışdım vefasızlığa, el oldun aldırmadım

Meni gözel xatırla!
Sehifelerce mektub buraxdım sene
Şerler yazdım her gece çoxunu oxutmadım
Saxladım günahını, savabını içimde, sessizce getdim
Senden evvelkiler kimi sende başa düşmedin

Meni gözel xatırla!
Sene unudulmaz geceler buraxdım
Sene en yorğun sabahlar
Gülüşümü, gözlerimi, sonra sesimi buraxdım
Söylenmemiş ”Salamlar” buraxdım her künce
“Vidalar” buraxdım dayanacaqlara
Ne axtararsan bir sevdanın içinde
Artıqlamasıyla buraxdım arxamda

Meni gözel xatırla!
Dizlerinde yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyen ellerini isitdiyimi düşün
Sevincli olduğun anları getir gözünün önüne
Alnından öptüyüm deqiqeleri
Bir azdan qapını döyeceyimi düşün
Teeccüblendirmeyi sevirem bilirsen
Buda sene son surprizim olsun
İndi seninle yaşanan günleri ateşe verirem
Meni gözel xatırla!
Gedirem.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 323 Bölmə: Sevgi şerləri