beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GEDE BILERSEN...

Madamki içində o atəş söndü
Bir daha yandırmadan gedə bilərsən
Ağlında qalmasın bu son baxışlar
Üzümə baxmadan gedə bilərsən

İllərdir verdiyin kədəri görmə
Üstümə yıxdığın qüssəni görmə
Ömrümdən aldığın günləri görmə
Mənidə görmədən gedə bilərsən

Sən düşün yaranı kimlər saracaq
Sən düşün könlünü kimlər alacaq
Bir an öncə yox ol, oldu olacaq
Bir vida etmədən gedə bilərsən

Demək mənəm günahkar sən isə haqlı
Mən zalım bir düşmən sən isə vəfalı
Ən gözəli alıb məni isə atmalı
Məni bağışlamadan gedə bilərsən

Çalışma özünü vəda etməyə
Çalışma gözündən yaşlar tökməyə
Məcburda deyilsən bir şey deməyə
Heç bir şey demədən gedə bilərsən


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri