beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayriliq...

Men seni heyatda daşa deyişdim,
Torpağa deyişdim,mezara döndün.
Men öz baharımı qışa deyişdim,
Cınara dönmüşdün,hasara döndün.
Bir ana bend imiş bu ebediyyet,
Duydum buza dönen nefesim de,
Anamı elimden alan tebiet
Gözü götürmedi,aldı seni de.
Men bir xecaletden çıxa bilmedim,
Bu gizli derdimi açıq desem de.
Sene - sene layiq baxa bilmedim,
Seni - sene layiq defn elesem de.
Yere söykediler mermer üzünü,
Qışqırdım dayanın,el saxladılar
Men özüm örterdim evde üzünü,
Burda,qebristanda torpaqladılar.
Sen geldin, deyişdi heyatın özü,
Getdi dadi-tamı,her şeyin getdi.
Evi bezerdin ki,gözel görünsün,
Evimin en gözel bezeyi getdi.
Gedib dost-qohumun qebri üstüne,
Gül-çiçek qoymuşuq ikilikde biz.
Men sensiz ölerem!Demişdim sene,
Hamisi yalanmış,yaşadım sensiz.
Sene sedaqetli bütün heyatım
Deyerdim,baxardın gülümseyerek.
Seni qebristanda qoyub qayıtdım,
Sedaqet şüarım bu imiş demek.
Bu gün qebristanda gecikib seher,
Ustüne nur sepir qızıl dan yeri.
Torpaq ot bitirer,ağaç bitirer,
Burda daş bitirir qebristan yeri.
Bir gözellik itib duman içinde,
Dünya imtahanmış,işleri ovsun.
İlahi,bu qeder insan içinde,
Bir insan tapılmır söz demek olsun.
Fikirli qalxıram üzüyuxarı,
Ne qeder yaxınsan,ne qeder uzaq.
Teze ot göyerib örtür çığırı,
Itirmek isteyir qebrini torpaq.
Mensiz darıxardın evde her defe,
Dözümsüz olmuşdu gece-gündüzün.
Gedende deyirdin tez qayıt eve,
Bes niye qayıdıb gelmirsen özün?!
Gözüm yolda qalıb,qulağım sesde,
Gedibsen,qalmışam men qonaq kimi.
Sen yerin altında,men yerin üste,
Biz ayrı düşmüşük kök ve dal kimi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 496 Bölmə: Sevgi şerləri