beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

''Sənə məktub yazıram''

Sənə məktub yazıram
Yazıram ki, bağışLa
Burda hava pis keçir
Ara vermir yağışLar
Tək yatıb, tək durmaqdan
Bezdirmişəm otağı
BiLirsən, pinti olur
YaLqızLarın yatağı..

YaLqızLar az yuyunur
GəLir yaLqızLardan iy
ÇayLarı soyuq oLur
YeməkLəri aLaçiy
ÇirkLi ayaqqabıLar
Dibi yanmış qazança
Bir qırıq da ümid var
Qayıdacaq haçansa..

YaLqız sabaha baxmır
ArzuLayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi
HəLə bunun gecəLər
İçib ağLamağı var
Saçın daramamağı
SaqqaL saxLamağı var.

ÜstəgəL pəncərədən
Gözünü yoLa dikmək
GəLməyini gözLəmək
Qadın həsrəti çəkmək
Dərd ağır, hava da pis
Ara vermir yağışLar
Sənə məktub yazıram
Yazıram ki, bağışLa..


Tarix: 31.05.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 363 Bölmə: Sevgi şerləri