beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Qoyun olmaq çətin şeymiş

B
u dünyanın əzabı çox,
Haqqından haqq-hesabı çox,
Qoyunundan qəssabı çox,
Qoyun olmaq çətin şeymiş.

Boynundan çatı sallanıb,
Bir çəngə ota aldanıb,
Yeyib, kökəlib, dadlanıb
Qoyun olmaq çətin şeymiş.

Kötüklər garalan yerdə,
Bıçaqlar can alan yerdə
Çobanlar qurd olan yerdə
Qoyun olmaq çətin şeymiş.

İt olub hürmədik Aya,
Yıxdı bizi abır-həya,
Qoyun olmaya-olmaya
Qoyun olmaq çətin şeymiş.


Tarix: 28.05.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Sevgi şerləri