beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Yaylığını yel aparır

S
açların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmirəm,
Qoyma məni tər aparır.

Yuyundum, tərdə yuyundum,
Axır yoruldum oturdum,
Qayıtdım, gördüm toyundur,
Gördüm səni ər aparır.

Saçına güllər taxırsan,
Ovcuna xına yaxırsan,
Sən orda göyə baxırsan,
Burda məni yer aparır...


Tarix: 28.05.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Sevgi şerləri