beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tanışdır
Tanışdır

Qəfəsdən qurtulmuş yaralı şirəm,
Zəncir vura bilməz cəlladlar mənə.
Yox, yox, vura bilməz bir də yaralar -
Nə düşmənlər mənə, nə yadlar mənə!

İstəsən hər kəsi danışdır burda,
Göz yaşı elə bil yağışdır burda.
Hər addım başında tanışdır burda
Nalələr, fəqanlar, fəryadlar mənə!

Vətənsiz bir şair cansız bədəndir.
Sevdası başımdan getmir nədəndir,
İlhamım, qüdrətim, eldir, Vətəndir,
Canımdan əzizdir bu adlar mənə!


Tarix: 29.05.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Süleyman Rüstəm