Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barışma oğlum
Barışma oğlum

Sənə ata kimi deyirəm hər gün;
Çıx şad xəbərlərlə qarışma, oğlum!
Ömrünü havaya sovuranlara
Ömründə qoşulub qarışma, oğlum!

Oyun günəşinlə hər səhər yarış,
Gələcək günlərdən ver xəbər, yarış,
Yarış dostlarınla, çal zəfər, yarış,
Lakin nadanlarla yarışma oğlum!

Həyatı əyləncə bilənlərlə sən,
Zəhmətə xor baxıb gülənlərlə sən,
Bəli, sağlığında ölənlərlə sən,
Bir addım yol getmə, barışma, oğlum!


Tarix: 29.05.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Süleyman Rüstəm
loading...