Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Süleyman RüstəmTəbrizim

Təbrizim

Baxdıqca hüsnünə
doymayır gözüm,
Təbrizim, Təbrizim,
gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin, güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə.

Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilir,
Hicrinlə göz yaşı tökənlər bilir,
Ömrünə qaranlıq çökənlər bilir;
Bağından gül, çiçək dərdim, Təbrizim
Yenə təzələndi dərdim, Təbrizim.

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər, -
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Atımı yol boyu çapıb sürürəm,
Hər keçən yolçuya salam verirəm.
Nələr eşidirəm, nələr görürəm!
Nədir bu qaranlıq gecə, Təbrizim,
Buna necə dözüm, necə, Təbrizim!

Ağlarsan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm
Varımı səninlə yarı Ardı »

Süleyman RüstəmOralıyam mən

Oralıyam mən

İllərdir üzünə həsrət qaldığım,
Doğma qardaşımdan aralıyam mən.
Qoy düşmən də bilsin, qoy dost da bilsin
Hələ ölməmişəm, yaralıyam mən.

Harda alnıaçıq insan görsəniz,
Harda ürəklərdə üsyan görsəniz,
Harda məktəbdən çox zindan görsəniz.
Bilin, o yerliyəm, oralıyam mən.

Çoxdandır toy-düyün görməyib obam.
Xırmanda özgəyçün iş görür yabam.
Səttarxandır atam, Babəkdir babam,
İndi bildinizmi haralıyam mən?! Ardı »

Süleyman RüstəmAna dilimə dəymə

Ana dilimə dəymə

Mən, sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdım çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən!
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara.
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə! Ardı »

Süleyman RüstəmBarışma oğlum

Barışma oğlum

Sənə ata kimi deyirəm hər gün;
Çıx şad xəbərlərlə qarışma, oğlum!
Ömrünü havaya sovuranlara
Ömründə qoşulub qarışma, oğlum!

Oyun günəşinlə hər səhər yarış,
Gələcək günlərdən ver xəbər, yarış,
Yarış dostlarınla, çal zəfər, yarış,
Lakin nadanlarla yarışma oğlum!

Həyatı əyləncə bilənlərlə sən,
Zəhmətə xor baxıb gülənlərlə sən,
Bəli, sağlığında ölənlərlə sən,
Bir addım yol getmə, barışma, oğlum! Ardı »

Süleyman RüstəmDinlə...

Dinlə...

Dinlə şairini, təbrizli gözəl,
Yenə həsrətinlə alışır sinəm.
Tarixi uzundur bu ayrılığın,
Əzizdir qəlbimə, doğmadır bu qəm.

Dünyanı versələr, etmərəm qəbul,
Könlüm vüsalını istəyir ancaq.
Səni qul doğmayıb təbrizli anan,
Sənindir qan sızan o ana torpaq.

Silkin, qoy dağılsın başının üstdən
Sənə gün verməyən qara buludlar,
Torpağın altından boylansın bir-bir
Bahar müjdəçisi çiçəklər, otlar.

Mənə elə gəlir, vüsalın yolu
Gözümlə gözünün arasındadır.
Yox, mümkün deyildir səni unutmaq,
Eşqin ürəyimin yarasındadır! Ardı »

Süleyman RüstəmQardaşımın dərdi

Qardaşımın dərdi

Dərdim bir olsaydı, olmazdı qəmim,
Gör nə günə saldı zəmanə məni.
Üstümdə saç yolub ağlayan ana,
Nə üçün gətirdin cahana məni!

Kinimdən quruyub gözümdə yaşım,
Gəlsin köməyimə dostum, qardaşım,
Əyilməz kimsəyə bəlalı başım,
Yadlar boyasa da al qana məni.

Haqsız döyülməkdən üzüm göyərib,
Öz ana yurdumda qəribəm, qərib.
Damlarda bayquşlar səs-səsə verib,
Bu dərddir gətirən fəğana məni.

Cəlladlar boyamış qana vətəni,
Zülmdən gətirib cana vətəni,
Satmaram milləti, ana vətəni,
Tutub salsalar da zindana məni.

Ayağımda zəncir, qolumda zəncir,
Səslənir sağımda, solumda zəncir,
Qalanıb dağ kimi yolumda zəncir,
Qoy ellər bilməsin divanə məni.

Çoxdandır bir şirin dilə həsrətim,
Bir doğma qardaşa, elə həsrətəm,
Yuvasız bülbüləm, gülə həsrətəm,
Tanıyır xaraba, viranə məni.

Nədir bu ayrılıq bilə bilmirəm,
Nədən bülbül qonmaz gülə, bilmirəm,
Gülmək istəyirəm, gülə bilmirəm,
Aparın şimala, loğmana məni.

Dinləsin Ardı »

Süleyman RüstəmTanışdır

Tanışdır

Qəfəsdən qurtulmuş yaralı şirəm,
Zəncir vura bilməz cəlladlar mənə.
Yox, yox, vura bilməz bir də yaralar -
Nə düşmənlər mənə, nə yadlar mənə!

İstəsən hər kəsi danışdır burda,
Göz yaşı elə bil yağışdır burda.
Hər addım başında tanışdır burda
Nalələr, fəqanlar, fəryadlar mənə!

Vətənsiz bir şair cansız bədəndir.
Sevdası başımdan getmir nədəndir,
İlhamım, qüdrətim, eldir, Vətəndir,
Canımdan əzizdir bu adlar mənə! Ardı »

Süleyman RüstəmVətənim öl desə, ölən şairəm

Vətənim öl desə, ölən şairəm

Kim nə deyir desin, kim gülür gülsün,
Mən də öz yerində gülən şairəm.
Azğın süd qoxuyur, körpəsən hələ,
Mən xalqın dərdini bilən şairəm!

Sanma taleyindən küskündür şerim,
Qılıncdan itidir, kəskindir şerim,
Dərdli könüllərə təskindir şerim,
Zalımın bağrını dələn şairəm!

Yollarda baş əyir söyüdlər mənə,
Dost olub qoşulur igidlər mənə,
Hər nadan verməsin öyüdlər mənə,
Dərdin öhdəsindən gələn şairəm!

Baş döndərən xülya nəyimə gərək,
İşıqsız bir dünya nəyimə gərək,
Göz yaşından dərya nəyimə gərək?
Xalqın göz yaşını silən şairəm!

Sön desəm, göylərdə sönər ulduzlar,
Yerlərə en desəm, enər ulduzlar,
İşıq karvanına dönər ulduzlar,
Günəşli ölkədən gələn şairəm!

Hər şey satılsa da ürək satılmaz,
Əgər tapmasa da çörək, satılmaz.
Könüldə bəslənən dilək satılmaz,
Vətənim öl desə, ölən şairəm. Ardı »