beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana dilimə dəymə
Ana dilimə dəymə

Mən, sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdım çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən!
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara.
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!


Tarix: 29.05.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Süleyman Rüstəm