beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ət-Təkasur (Çoxluqla öyünmə) surəsi

.102.
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
2.Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz].
3.Xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
4.Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
5.Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə (elmi-yəqinlə) bilsəydiniz (fani dünya malına uymazdınız)!
6.(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
7.Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə (eyni-yəqinlə) görəcəksiniz!
8.Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!


Tarix: 21.11.2012 / 15:06 Müəllif: [Ram] Baxılıb: 453 Bölmə: Qurani Kerim