beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Huməzə (Qeybətçi) surəsi

.104.
əl-Huməzə (Qeybətçi) surəsi
(Məkkədə nazil olmuşdur, 9 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!
2.O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3.Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4.Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5.Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6.O, Allahın yanar odudur.
7.Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8.O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9.Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!


Tarix: 21.11.2012 / 15:05 Müəllif: [Ram] Baxılıb: 442 Bölmə: Qurani Kerim