beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YOX

Hər aşiqin yanındakı öz nazlı yarı yox,
Bənzər şikəstə bülbülə, bağü baharı yox.

Canım fəda o dilbərə ki etibarı var,
Mən neylirəm o dilbəri ki etibarı yox.

Sənsiz gecə-gündüz işim ahu fəğan keçir,
Seyli-bəla tutubdu məni, bir kənarı yox.

Min nazənin gözəl görürən, könlüm istəmir,
Bir səndən özgə aşiqinin intizarı yox.

Dönya behiştə dönsə, cəhənnəm keçir mənə,
Sənsiz, inan ki könlümün əsla qərarı yox.

Arzum budur ki, bir də görəydim cəmalını,
Onsuz bu bülbülün daha bir laləzarı yox.

Eyb etmə Vahidə, bu sözü yazsa dostuna,
Şairdü, başqa bir şey ilə yadigarı yox.


Tarix: 01.04.2013 / 19:35 Müəllif: *Beyaz_Gul* Baxılıb: 264 Bölmə: Qezeller