beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Var

Şükür alıbdı pensiyanı cibinde peş manatı var
Yeni keçinmeyib hele ,nefes çekir,heyatı var.

Eli dolu,beden sulu,bekarçılıq,evindese
Bir baxçalıq oğul-uşaq hesablasan rahatı var.

Düşüb gire,gedib pire,açıbdı ellerin göye
Üreyinde bu dünyaya sığışmayan baratı var.

Eli qabar,gözü xumar,beden olub damar-damar.
"Plen" düşüb götür apar,silahı var sursatı var.

Oyan getdi,bu yan getdi,divan getdi,qazan getdi
Satıldıqca yavaş-yavaş evinde islahatı var.

Aşıb kanalların suyu, heyet olub derin quyu,
Edib şükür ömrü boyu bu günde imaknatı var.

Seçildi oldu musteqil, indi ötür yaman dil-dil,
Menim ses verdiyim vekil evinde "Toy-büsat"ı var

Eger olsan haqqa mail,olarsan arzuna nail.
Darıxma ,qem yeme Aqil onunda öz saatı var.


Tarix: 01.04.2013 / 19:28 Müəllif: *Beyaz_Gul* Baxılıb: 545 Bölmə: Qezeller