beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmadeddinNesimi (hurufilik)

Arif-i La-mekan otuz ikidir
Sahib-i cism-ü can otuz ikidir

Aç könül gözünü ve üzüne bax
Kim yaxîn bî-güman otuz ikidir

Üzün Ümmü'l kitâbın ayətı
Nə sayırsan həmən otuz ikidir

Sidrəttü'l-mantəha anın aksamı
Nə sayarsan ayan otuz ikidir

Vahy ü ilham ya Nəbiyy ü vəlî
Aşikar u nihan otuz ikidir

İndi İsa götürdü şirk ü nifâk
Bil ki sâhib-zamân otuz ikidir

Der Nəsimi ki sûrət ü mə'na
Şərh ilə həm bəyan otuz ikidir


Tarix: 31.03.2013 / 16:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Qezeller