beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmadeddin Nesimi

Cananə mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.

Bildim, tanıdın elmdə məbudu, yəqin ki,
Şöylə bilirəm kim, anı Quran bilir ancaq.

Abdal oluban bəylik edən arifi gör kim,
Bu səltənətin qədrini sultan bilir ancaq.

Sufimidir ol cami müsəffasına məşğul,
Pünhani içər eyləki, şeytan bilir ancaq.

Ey saqi, gətir dövr əyağın, dövr elə, sün kim,
Bu dövr əyağın dövrünü dövran bilir ancaq.

Könlüm gəmisi qərq edə gör eşq dənizinə
Kim, bu dınizin bəhrini ümman bilir ancaq.

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.


Tarix: 31.03.2013 / 16:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Qezeller