beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bir dənizdir, bir də mən"

Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.

Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.

Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.


Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı röya bir dənizdir, bir də mən.

Çoxları görcək səni öz eşqin elan eyləyib,
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən.

Bir zaman Məcnun idi divanə, səhra məskəni,
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən.

Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma,
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən.


Tarix: 31.03.2013 / 16:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Qezeller