beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Salmışıq"

Yarə yalvarmaq, yaxarmaq rəsmini dəb salmışıq,

Yalvarıb ta, yadına yüz dürlü mətləb salmışıq.


İndi tə`sir eyləmir ol yarə yüz ahü fəğan,

Asimandan vaxt olub, ah ilə kovkəb salmışıq.


Ahımızdan tüstülər qalxanda yadi-zülf ilə,

Gündüzün oğlan çağın döndərmişik, şəb salmışıq.


Afitabə, atəşə səcdə qılırkən xəlq, o vaxt,

Zülfi-yarə səcdəni, biz tazə məzhəb salmışıq.


Zülfi-yar ilə tutub yarın üzün, gizlətmişik,

İbtidadə mah üçün, biz bürci-Əqrəb salmışıq.


Təb`imiz düşmüş cahanın ci`fəsin diddikdə biz,

Mali-dünyadən hələ yüzlərcə həm təb salmışıq.


Biz Füzuli adını yüksək tutub Mail bu gün,

Ol ada, şe`r öyrədən, layiqli məktəb salmışıq.


Tarix: 31.03.2013 / 16:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Qezeller