beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Mənim"

Sənsiz,ey canan,qırılmışdır pərü balım mənim,
Yox səri-kuyinə yetməkçin daha halım mənim.

Dəmbədəm qan uddurur hicran məni-biçarəyə,
Kim görə zənn eyləyər dostumdur o zalım mənim.

Tapmayıb bir əhli-dil,gülzara açdım dərdimi,
Bülbülə tə”sir edib ağlatdı əhvalım mənim.

Dəydi əğyarın gözü,ey dil,məhəbbət bağıma,
Qarə yel əsdi,töküldü dəymişim-kalım mənim.

Eşqdən qeyri könül mülkündə varım yox,bilin
Göz açandan aləmə eşq olmuş amalım mənim.

Bu acı hicran əlindən cana doydum öylə ki,
Zəhrimara döndü ağzımda şirin balım mənim.

Çarəsi hər dərdin,ey Elnarə,ancaq səbrdir,
Gül açar səbr eyləsəm hicrana iqbalım mənim.


Tarix: 31.03.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Qezeller