beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nə zamandır çəkirəm həsrətini cananın"

Nə zamandır çəkirəm həsrətini cananın,
Könlümün mülkünə o candan əziz sultanın.

Tazə güllər açıb,ey sərvqədim,gülşəndə,
Mənə sənsiz nə gərək ətri gülün,reyhanın.

Gəl çıx,ey sərv-rəvan,canımı yandırdı fəraq,
Söndürüm vəslin ilə atəşini hicranın.

Tazə ay tək bulud ardından əgər çıxsan,inan,
Bir canım var,onu da eyləyərəm qurbanın.

Aşiqin mən deyiləm,tək sənin ey sevgili yar,
Qəlbi eşqinlə vurur mən kimi çox nalanın.

Elə rütbə verilib,heyran olub cümlə sənə,
Sən özün heyranısan rütbə verən rizvanın.

Gəl həqiqət yolunu göstər öz aşiqlərinə,
Ayağa durmaq üçün gözləyirik fərmanın.

Yoluna göz dikən eşq əhlinin imdadına yet,
Sal mizana bu cahanın pozulan səhmanın.

Dilşad acizdi sənin şənini vəsf eyləməyə,
Kömək ol,artır öz eşqinlə onun imkanın.


Tarix: 31.03.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Qezeller