beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Yandım xəyali-vəsli-rüxü şövqi-yar ilə"

Yandım xəyali-vəsli-rüxü şövqi-yar ilə,
Yansam da yanmağımda varam etibar ilə.

Hərçənd onun qərarı məni biqərar edib,
Ölləm görüşməsəm mən o sahibqərar ilə.

Tar oldu gündüzüm gecədən, getdi rahətim,
İndi xalın üzündə görüb zülfi-tar ilə.

Olmaz İrəm bağında da şimşad o misldə,
Xilqət əkiz doğub onu fəsli-bahar ilə.

Vəd etsələr behiştə dəyişməm nigarımı,
Zahid , nihanı kim dəyişər aşikar ilə.

Olsam da eşq əsiri əgər öz nigarımın,
Şadəm, Qəni, əsir oluram ixtiyar ilə.


Tarix: 31.03.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Qezeller