beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Sənsiz, ey mah, nə günüm gün, nə ayım ay olur"

Sənsiz, ey məh, nə günüm gün, nə ayım ay olur,
Süzülür göz yaşım hicrində axıb çay olur.

Gecə-gündüz səni izlərsə də yetmir, alışır,
O səbəbdən günü göylərdə Günün vay olur.

Qönçə bəhs bəstə dəhan ilə qılıb,-qıldı qələt,
Ki, açar-açmaz üzərlər, ya solub zay olur.

Başımın qarı səni, ey gül, üşütmüşsə əgər,
Bas qədəm könlümə orda əbədən yay olur.

Sanma göz-qaş ilə olmaz daha əqlim başdan,
Bir nəzər sal, iki ox at, üçəcən say,olur.

Atəşi-ahimi söndürdüm ürək qanım ilə,
Bəs onun tüstüsüdür ərşdə lay-lay olur.

Bizəban,- hicr odu, - qəm çəkmə əritmiş canın,
Vəslə can at sənə orda yenə can pay olur.


Tarix: 31.03.2013 / 16:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Qezeller