beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Baxmaq istər gözüm ey sevgili afət,gözünə"

Baxmaq istər gözüm ey sevgili afət,gözünə,
Lütf qıl,qoyma qalım bircə an həsrət gözünə.

Xoş nigahınla əcəb könlümü məndən aldın,
Öyrədib kim gözəlim,etməyi qarət gözünə.

Can alır işvəvü naz ilə sənin hər baxışın,
Yoxdu ta məndə nəzər etməyə taqət gözünə.

Qorxuram sən baxasan,ya da baxa özgə sənə,
Çıxar ol dəmdə gözüm,çıxma cəmaət gözünə.

Nə səbəb var,yenə də gözlərin əğyarə baxır,
De bilim,eyləmişəm bəlkə xəyanət gözünə.

Gəl məni tərk eləyib salma qəmi-hicranə,
Bəsləyir qəmli könül mehrü məhəbbət gözünə.

İntizar üzdü Qəvimini dəmadəm ey yar,
Çarə yox,çünki edib baxmağa adət gözünə.


Tarix: 31.03.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Qezeller