beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Allah ucadır,vəsf ediləndən də böyükdü"

Allah ucadır,vəsf ediləndən də böyükdü,
Hər kim tanımazsa onu dünyadə, dönükdü.

Bir qəlbdə iman əgər olmazsa nə fayda,
İmansız olan qəlbin özü sinədə yükdü.

Qiymət verilir ol üzüyə vardısa qaşı,
İmanı kimin yoxdusa qaşsız bir üzükdü.

Əkdinsə kötüksüz ağacı gözləmə meyvə,
Hər bir ağacı var edən əlbəttə kötükdü.

Imansız əməl sahibi fəxr etməsin əsla,
Dərya üzərində onun əmalı köpükdü.

Firon dilədi tövbə edə olmadı məqbul,
Çünki yetirşərkən əcəli qəddini bükdü.

Hər qəlbi dəğəldən könül,imanmı umursan?
Layiq deyil imanə kimin zatı çürükdü.

İmandır edən hər gecəni nurlu bizimçün,
İmansıza hər nurlu səhər bil ki,sönükdü.

Fikr eylə sirat körpüsü haqqında Qəvimi,
Ol körpü qılıncdan iti,nazikliyi tükdü.


Tarix: 31.03.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Qezeller