beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Cananıma derlər çoxunun qatilidir bu"

Cananıma derlər çoxunun qatilidir bu,
Ancaq mənə candan da əziz sevgilidir bu.

Gəl sorma nədən aşiqin həsrət belin əymiş,
Bax halına gör sərvi-qədin mailidir bu.

Çox etmə təəccüb gecə yandıqda çırağım,
Ahim odudur sanma ki,şəmin dilidir bu.

Gör bir neçə divanəni zəncirə çəkibdir,
Çün zülfi siyəh dilbərimin kakilidir bu.

Məna gözə görsənməsə surətdə nə eybi,
Ayinədəki surətinin daxilidir bu.

Cəhd eylə yetiş fülki-nicat içrə həyatə,
Ömr etmə zəlalətdə ölüm sahilidir bu.

Xoşhaldı Qəvimi,kim əgər yetsə fənayə,
Ariflərin əlbəttə ki,sərmənzilidir bu.


Tarix: 31.03.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Qezeller