beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Sənsiz yaşamaq cövrü-cəfadan da betərmiş"

Sənsiz yaşamaq cövrü-cəfadan da betərmiş,
Sevmək səni hər səhvü xətadan da betərmiş.

Qoy mən bu günahlarla ölüm,eybi yox,onsuz,
Hicrin ki cəhənnəmdə cəzadan da betərmiş.

Bir anda könül mülkümü viran qoyan eşqin,
Dəhşətli fəlakət və qəzadan da betərmiş.

Var güclə yapışsam da,əlin çıxdı əlimdən,
Hicran küləyi badi-səbadan da betərmiş.

Eşq içrə səadət çox uzun ömr eləməzmiş,
Dünya deyilən mülki-fənadan da betərmiş.

Mən Məcnunu tarixdə son əfsanə sanırdım,
Halım o düşən dərdü-bəladan da betərmiş.

Loğman dedi,yalnız Fuadi yarı sağaldar,
Tək bir baxışın guya dəvadan da betərmish


Tarix: 31.03.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Qezeller