beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Son qoymalıyıq eşqə, deyib yar, özü bilsin!"

Son qoymalıyıq eşqə, deyib yar, özü bilsin!
Bilməm ki, buna hansı səbəb var, özü bilsin.

Gen qəlbimi mən sevgili cananıma verdim,
Dünyanı o yar etdi mənə dar, özü bilsin!

Qəlbim ki, Yanardağdı, yanar yar həvəsiylə,
Yağsınmı Yanardağa soyuq qar? Özü bilsin!

Dərdin çəkirəm mən o yarın, beyləmi olsun,
Mən dərdi çəkəm, keyf çəkə əğyar?! Özü bilsin!

İbni Səlam əlbəttə ki, bilməz nə çəkir Qeys,
Məcnun kimi aləmə çəkim car, özü bilsin?

\"Dərdindən Ələmi öləcək\" söyləsələr, yar,
Tez söylə: \"Mənə dəxlimi heç var? Özü bilsin!\"


Tarix: 31.03.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Qezeller