beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Sənsiz"

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: "Yox yara hacət sənsiz"!

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

Nə gözüm var - arayım mən səni, bəxtim də ki yol,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm.
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Nizami Gəncəvi


Tarix: 31.03.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Qezeller