beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qurbanəm"

Nə xoş çəməndi ki, mən güllərinə qurbanəm,
Nəvayi-ləhceyi-bülbüllərinə qurbanəm.

Çıxanda tərfi-küləhdən yüz ev yıxar hər dəm,
O kakili-siyəhin tellərinə qurbanəm.

Nəsimi-badi-səbadən bu qədd kim üzünə,
Nə incə beldi ki mən bellərinə qurbanəm.

Təmami qaragözü alyanağü simbədən,
Nə yaxşı eldi ki mən ellərinə qurbanəm.

Əgərçi Şakirə cövr eylədi, rəqibə vəfa,
Qoy eyləsin ki, onun əllərinə qurbanəm.


Tarix: 30.03.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Qezeller