beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Gördüyün könlüm"

Olubdu qəm yatağı şad gördüyün könlüm,
Dağıldı qüssədən abad gördüyün könlüm.

Diyari-qəmdə giriftari-dəstgir oldu,
Kəməndi-firqətə, azad gördüyün könlüm.

Fəraq dərdinə axtardı tapmadı çarə,
Camii-hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosrovsifət oturmuşdu,
Olubdu kuhda Fərhad gördüyün könlüm.

Fəraqi-möhnətə düşdükdə pərşikəstə olub,
Vüsal seydinə səyyad gördüyün könlüm.

Hücumi-möhnətü qəmdən şipəhri-əlayə,
Yetirdi naləvü fəryad gördüyün könlüm.

Çəkib şərarələr etdi vücudimi heyran,
Misali-kureyi-həddad gördüyün könlüm.


Tarix: 30.03.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Qezeller