beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Sənin kimi"

Yox bu cahanda dilbəri-ziba sənin kimi,
Firdovsdə məgər ola hura sənin kimi.

Aşubi-dəhr, fitneyi-dövran, bəlayi-əsr,
Çeşmi-zəmanə görməyib əsla sənin kimi.

Şamü səhər dərində fəqan eylər əhli-dərd,
Ey şux, varmı talibi-qovğa sənin kimi.

Yüz nəqdi-canı bir oxa alsan əcəb degil,
Aləmdə kimdi mahiri-sevda sənin kimi.

Abi-həyat çeşmeyi-ləli-ləbindədir,
Olmaz bəqayi-xızrü Məsiha sənin kimi.

Başdan əyağə pərtövi-ənvarsən, Kəlim,
Haşa ki, göstərə yedi-beyza sənin kimi.

Bir Yusif adlı Misrdə derlər ki, sabiqa,
Xəlq eyləyibdi xaliqül-əşya sənin kimi.

Bangi-döhül gəlir xoş iraqdan, inanmazam,
Növi-bəşərdə hüsn ola haşa sənin kimi.

Kuyində xəstə Zakirə bir yer binası qıl,
Yoxdur behiştdə mənzilü məva sənin kimi.


Tarix: 30.03.2013 / 15:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Qezeller